Konfrans Liqası: Pley-offun püşkü atıldı
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi bəlli olub.
“Ağ-qaralar” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələyəcəyi təqdirdə, növbəti mərhələdə “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. “Neftçi”nin cütünün qalibi pley-offdakı ilk matçını səfərdə keçirəcək.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Maribor (Sloveniya)/HJK (Finlandiya) – Şaxtyor (Soliqorsk)/ÇFR Kluj (Rumıniya)
RFS (Latviya)/Hibernians (Malta) – Linfild (Şimali İrlandiya)/Sürix (İsveçrə)
Vikinqur (İslandiya)/Lex (Polşa) – Malmö (İsveç)/Düdelanj (Lüksemburq)
Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) – Ballkani (Kosovo)/Klaksvik (Farer adaları)
Zrinski (Bosniya və Herseqovina)/Tobol (Qazaxıstan) – Olimpiakos (Yunanıstan)/Slovan (Bratislava, Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan)/Sent Patriks (İrlandiya) – Brondbü (Danimarka)/Bazel (İsveçrə)
Vaduts (Lixtenşteyn)/Konyaspor (Türkiyə) – Neftçi (Azərbaycan)/Rapid (Avstriya)
Spartak (Trnava, Slovakiya)/Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya)/Panatinaikos (Yunanıstan)
APOEL (Kipr)/Kızıljar (Qazaxıstan) – Sepsi (Rumıniya)/Yurqarden (İsveç)
Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi/Aris (Yunanıstan) – Nitsa (Fransa)
Zarya (Ukrayna)/Universitatya (Krayova, Rumıniya) – Luqano (İsveçrə)/Hapoel (Beer-Şeva, İsrail)
Breydablik (İslandiya)/Başakşəhər (Türkiyə) – Lilleström (Norveç)/Antverpen (Belçika)
Dunayska Streda (Slovakiya)/Styaua (Rumıniya) – Vikinq (Norveç)/Slayqo Rovers (İrlanidya)
AEK (Kipr)/Partizan (Serbiya) – Levski (Bolqarıstan)/Hamrun Spartans (Malta)
Fiorentina (İtaliya) – Tvente (Niderland)/Çukariçki (Serbiya)
Vilyarreal (İspaniya) – Hayduk (Xorvatiya)/Vitoriya (Portuqaliya)
Köln (Almaniya) – Fehervar (Macarıstan)/Petrokub (Moldova)
Vest Hem (İngiltərə) – Viborq (Danimarka)/B-36 Torshavn (Farer adaları)
KuPS (Finlandiya)/Yanq Boyz (İsveçrə) – Payde (Estoniya)/Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə)/Slovaçko (Çexiya) – AİK (İsveç)/Şkendiya (Şimali Makedoniya)
Molde (Norveç)/Kişvarda (Macarıstan) – Volfsberger (Avstriya)/Qzira Yunayted (Malta)
Dandi Yunayted (Şotlandiya)/Alkmaar (Niderland) – Riqa (Latviya)/Jil Visente (Portuqaliya)
Bizi Facebook-da izləyin