Samir Abasov: “Komandamdan razı qaldım”

“Kubok matçından sonra komandada gərginlik var idi, ona görə də bu gün əsas vəzifə uduzmamaq idi. Futbolçular daha artığını edib qalib gəldilər. İsti havaya baxmayaraq istəkli oynadılar. Komandamdan razı qaldım”.

Komanda.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Keşlə”ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bu gündən sonra növbəti mövsüm üçün komandanın qurulmasına başlayacaqlarını bildirib: “Artıq növbəti oyun bizim üçün formal xarakter daşıyır. Gələn mövsüm üçün planlar qurmağa başlayacağıq. Komandadan gedəcək 3-4 futbolçunun siyahısı məndə var. Mən özüm üçün bəzi futbolçuların adlarını dəqiqləşdirmişəm. Mövsümün sonunda rəhbərliklə danışıb planları müzakirə edəcəyik”. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button