Superkubok matçında 8 qol!

Futbol üzrə Niderland superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici matç son çempion “Ayaks”la kubokun qalibi PSV arasında baş tutub.

Amsterdamda “Yohan Kroyff Arena”da baş tutan qarşılaşmada qapılara 8 qol vurulub. Rəqibini 5:3 hesabıyla məğlub edən PSV superubokun qalibi olub.

Beləliklə, PSV ardıcıl ikinci, bütövlükdə isə 13-cü dəfə superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button