“Əlimdən gələnin ən yaxşısını edəcəm” – Mahir Emreli

“Sevinirəm ki, biz qalib gəldik. Qol isə mənim üçün əlavə desert oldu. Vacib olan üç xalı qazanmaq idi. Zədə məni uzun müddət narahat edirdi”.

Komanda.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldiklər oyundan sonra klubun televiziyasına açıqlamasında deyib.

Emreli, daha əvvəl kürəyindəki zədədən əziyyət çəkdiyini deyib:

“Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Növbəti görüşlərdə nə qədər şans qazanacağımı deyə bilmərəm, amma əlimdən gələnin ən yaxşısını edəcəm. Ümid edirəm ki, oyundan-oyuna formamı yaxşılaşdıracam”.

Emreli artıq 6 oyun buraxdığını bildirib:

“Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq və hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də, zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button