Azərbaycan millisinin 2 oyunçusu Belçika klubunda

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov ilə İsa Atayev karyerasını ölkə xaricində davam etdirəcək.

Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, hər iki oyunçu əvvəlcə ölkə çempionu ilə yola davam etmək qərarı versələr də, Belçikadan gələn təklif fikirlərini dəyişib.

Nəticədə, onlar Belçika çempionatında çıxış edən “Futsal Beşiktaş Gent”lə anlaşıblar. Müqavilələrin müddəti 1+1 il müddətinə nəzərdə tutulub.

“Futsal Beşiktaş Gent” klubunu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları yaradıb. Komanda Belçikanın Birinci Liqasında mübarizə aparır. 

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka komandadan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button