“Qarabağ”dan yeni transfer – RƏSMİ
“Qarabağ” braziliyalı yarımmüdafiəçi Julio Romaonun transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.
Ağdam təmsilçisi Romaonu Portuqaliyanın “Santa Klara” klubundan transfer edib.
Braziliyalı dayaq yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Romao yeni komandasında 6 nömrəli formanı geyinəcək.
“Qarabağ” Julionu “Sürix”lə matça 1 gün qalmışa qədər sifariş edəcək. O, yarımmadafiənin orta xəttində (Patrik Andradenin mövqeyi) oynayacaq. 24 yaşlı futbolçu 2020-ci ildən “Santa Klara”da oynayırdı.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə ilk oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı 1 həftə sonra İsveçrədə olacaq.
Bizi Facebook-da izləyin