“Dinamo”dan uğurlu, amma Mahirsiz start

Futbol üzrə Xorvatiya çempionatında 2022/23 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gəlib. “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan matçda 5 qol qeydə alınıb. Yekunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.

Mahir bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan Azərbaycan millisinin hücumçusunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button