Ən sadiq azarkeşlər hansı klublardadır? – SİYAHI

“Futbolun bəzəyi azarkeşlərdir” deyirlər. Sadiq azarkeş kütləsinə sahib olmaq hər bir klubun əsas hədəfidir. Düzdür, Azərbaycan çempionatı bu bəzəkdən məhrumdur. Bizdə azarkeşləri stadionlarda ancaq avrokubok qarşılaşmalarında görmək olar. Amma klublar var ki, hətta aşağı liqada çıxış etsələr də, fanatları onları tək buraxmır. 21-ci əsrdə ən çox azarkeşi olan klubların reytinq siyahısı kimin daha sadiq fanatlarının olduğunu müəyyənləşdirmək baxımından yaxşı nümunədir.

Məsələn, ikinci Bundesliqada oynayan “Hamburq” və “Hannover” azarkeşləri ilə qürur duya bilər. Fanatlar sevimli komandalarını tək buraxmırlar. Bu klublar ən çox azarkeş toplayan 40 komanda arasında yer alıblar. “Hamburq” hətta adlı-sanlı klubları üstələyərək ilk onluqda qərarlaşıb.

Reytinq siyahısına keçməzdən öncə bir məqama diqqət ayıraq: o komandalar ön sırada yer alıblar ki, stadionlarının tutumu da böyükdür.

PSJ və “Çelsi” kimi nəhənglər hətta ilk 20 komanda sırasında da yoxdur. Bunun da əsas səbəbi onların stadionlarının tutumu ilə bağlıdır. PSJ-nin arenası 47,929, “Çelsi”nin stadionu isə 41 631 tamaşaçı tutur.

Avropada ən sadiq fanatlar Dortmund “Borussiya”sınındır. Bu komandanın oyunlarını orta hesabla 76 155 azarkeş stadiondan izləyir. Stadionun tutumu isə 81 365 nəfərdir.

İkinci pillədə “Real” qərarlaşıb. “Kral klubu”nu arenada 70 016 fanat dəstəkləyib. “Santyaqo Bernabeu”da 81 044 azarkeş futbola baxa bilər.

Top-20-də sıralama belədir:

  1. “Borussiya” D – 76 155 azarkeş (stadionun tutumu – 81 365)
  2. “Real” – 70 016 (81 044)
  3. “Mançester Yunayted” – 69488 (74140)
  4. “Barselona” – 68864 (99354)
  5. “Bayern” – 66324 (75024)
  6. “Şalke” – 60 456 (62 271)
  7. “Arsenal” – 53 372 (60260)
  8. “İnter” – 51853 (80018)
  9. “Seltik” – 51802 (60411)
  10. “Hamburq” – 51 341 (57000)
  11. “Milan” – 50899 (80018)
  12. “Nyukasl” – 50424 (52305)
  13. “Ayaks” – 48175 (56120)
  14. “Marsel” – 47915 (67394)
  15. “Herta” – 46542 (74475)
  16. “Liverpul” – 45526 (53394)
  17. “Mançester Siti” – 45408 (55097)
  18. “Ştutqart” – 45384 (60441)
  19. “Reyncers” – 44933 (50817)
  20. “Borussiya” M – 44520 (54022)

Reytinq siyahısında Almaniya klubları dominantlıq edir. Top-20-də 7 alman klubu var. Ən çox azarkeş toplayan 40 klub arasında isə 11 Almaniya təmsilçisi yer alıb.

“Mançester Siti”nin mövqeyinə də diqqət ayırın. Azarkeşlərinin azlığına görə bu kluba uzun müddət lağ ediblər. İndi isə “Liverpul”la yanaşı dayanır.

Bizi Telegramda izləyin

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button