“Real”ın futbolçusu üçün 25 milyon avro təklif etdilər

“Nyukasl” “Real”ın hücumçusu Marko Asensio ilə maraqlanır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı ispan futbolçu üçün 25 milyon avro təklif edib. Madridlilərin futbolçu üçün ən azı 30 milyon avro almaq istədiyi bildirilir.

Asensio 2015-ci ilin iyulunda “Real”a keçib. O, ötən mövsüm “kral klubu”nun heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button