“Lex” “Qarabağ”la oyunlar üçün 20 futbolçu sifariş etdi
Polşanın “Lex” komandasının UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.
Komanda.az xəbər verir ki, bu mərhələdə Azərbaycan çempionu “Qarabağ”la mübarizə aparacaq Poznan təmsilçisi hələlik 20 futbolçu sifariş edib.
Heyətdə 2 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu var. “Lex” oyuna 1 gün qalmışa qədər siyahıya daha 2 futbolçu sala biləcəklərini açıqlayıb. Onlardan biri Kiyev “Dinamo”sundan transfer olunmuş gürcü yarımmüdafiəçi Georgi Tsitaişvili olacaq. O, 2022/23 mövsümünün sonuna qədər icarəyə götürülüb. Gürcüstan millisinin üzvü ötən mövsümü icarə əsasında Polşa “Visla”sında keçirib.
Qapıçılar: 1. Artur Rudko, 35. Filip Bednarek;
Müdafiəçilər: 2. Joel Pereyra, 3. Barri Duqlas, 5. Pedro Reboşo, 16. Antonio Miliç, 18. Bartoş Salamon, 37. Lubomir Şatka, 44. Alan Çervinski;
Yarımmüdafiəçilər: 6. Yesper Karlström, 7. Afonso Souza, 10. Dani Ramires, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 30. Nika Kvekveskiri, 50. Adriel Ba Loua;
Hücumçular: 9. Mikael İshak, 90. Artur Sobiex.
Xatırladaq ki, “Qarabağ”la “Lex” arasındakı ilk oyun iyulun 5-də Polşada, cavab görüşü isə ayın 12-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin