“Qol vursam da, istədiyim kimi oynaya bilmədim” – Emreli
“Dinamo”nun (Zaqreb) azərbaycanlı hücumçusu Mahir Emreli “Nafta” (Sloveniya) ilə yoxlama oyunundan (3:0) sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Emreli klubun mətbuat xidmətinə açıqlamasında qol vursa da, istədiyi kimi oynaya bilmədiyini deyib:
“Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm. Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq”.
Mahir yoxlama matçında komandasının 3-cü qolunun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin