“Mən “Bayern”də oynayanda Seneqalda heç kim işləməyəcək” – Mane
“Bayern”in yeni transferi Sadio Mane vətəni Seneqalda necə sevildiyindən danışıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu Münhen klubunun rəsmi saytına açıqlamasında bunları deyib:
“Mən oynadığım gün Seneqalda heç kim işləmir. Bu, tətil kimidir. Televiziyada hamı mənə baxır. İndi mən Münhendəyəm. Mən “Bayern”də oynayanda Seneqalda heç kim işləməyəcək.
Hazırda əsas arzum “Bayern”lə mümkün olan bütün kubokları qazanmaqdır. Bu, ən çox istədiyim şeydir”.
“Bayern” iyunun 22-də Maneni “Liverpul”dan transfer edib. Onunla ilə 3 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin