Bakı azad olur – Formula 1-in “işğal”ından
Formula 1 üzrə Azərbaycan qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.
Komanda.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin