De Byazi 3 futbolçunu heyətdən çıxardı
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Qazaxıstana qarşı oyunda 3 futbolçunu heyətdən çıxarıb. Belə ki, 66 yaşlı italiyalı mütəxəssis milliyə dəvət etdiyi 26 oyunçudan Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmayacaq.
Bu gün “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin