Almanlar onu gözləyir
“Bayern” “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinqlə maraqlanır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Almaniya təmsilçisi 27 yaşlı ingilis futbolçunu klubu tərk edə biləcək yarımmüdafiəçilərin əvəzedicisi kimi görür. Lakin Sterlinq İngiltərə yığmasının UEFA Millətlər Liqasındakı oyunlarından sonra gələcəyi ilə bağlı qərar verəcəyini açıqlayıb.
Futbolçu ilə “Real” və “Çelsi” klublarının da maraqlandığı deyilir.
Sterlinq ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin