“Benfika” “Arsenal”ın futbolçusunu “qaralayıb”

“Benfika” transfer hədəfi olaraq “Arsenal”ın qapıçısı Bernd Lenonu nəzərdən keçirir.

Komanda.az “Correio da Manha”-ya istinadən xəbər verir ki, London klubu almaniyalı futbolçunu 2023-cü ildə azad agent olana qədər satmağa hazırdır.

Daha əvvəl 30 yaşlı Lenonun “Nyukasl”a keçmək istəmədiyi və Almaniyaya qayıtmaq niyyətində olduğu bildirilirdi.

Leno 2021/22 mövsümündə “Arsenal”ın heyətində 8 oyuna çıxıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button