Mahir Emrelinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Kopiç Zaqreb klubunun rəsmi saytına açıqlamasında bildirib. O, rəhbərliyə, futbolçulara və klubun bütün işçilərinə təşəkkür edib.

Kopiç 2021-ci ilin dekabrından “Dinamo”nun baş məşqçisi idi. Komanda ötən gün 9-cu turdan təxirə salınmış oyunda “Hayduk”a 0:1 hesabı ilə uduzub. Kopiç bu matçdan sonra mətbuat konfransına qatılmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button