Mahir Xorvatiyada ilk qolunu vurdu
Futbol üzrə Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 2:1 hesablı qələbəsi ilə ayrılıb.
Mahir də bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb. 6-cı dəqiqədən məğlub durumda olan “Dinamo”nun bərabərlik qolunu da məhz Emreli vurub. 79-cu dəqiqədə rəqib qapısına yol tapan azərbaycanlı futbolçu Xorvatiya klubunda qol hesabını açıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Bundan iki dəqiqə öncə isə komandası qələbə qolunu da vurmağa imkan tapıb.
Bu nəticədən sonra xalını 63-ə çatdıran “Dinamo” vahid liderdir.
Bizi Facebook-da izləyin