Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı
Futbol üzrə Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada Fransanın “Olimpik” (Marsel) klubunun hücumçusu Dimitri Payet layiq görülüb.
Fransalı futbolçu Yunanıstanın PAOK komandasına doğma meydanda 2:1 hesabıyla qalib gəldikləri matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Avropa Konfrans Liqasında həftənin futbolçusu adına Niderlandın PSV komandasından Mauro Junior, Çexiyanın “Slaviya” (Praqa) klubundan İra Sor və Norveç “Bodo Qlimt”indən Ulrik Saltnes də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin