Keçmiş futbolçu həyat yoldaşı haqda: “Zombiləşib və Kremlin təbliğatına inanır”

Rusiya millisinin keçmiş futbolçusu Oleq Salenko birinci həyat yoldaşı ilə bütün əlaqələrini kəsib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Salenkonun ilk həyat yoldaşının Kremlin təbliğatına inanmasıdır:

“Anadan olduğum və həyatımın xeyli hissəsini keçirdiyim ölkə Rusiyadır. Orda mənim ilk həyat yoldaşım və oğlum var. Onu özümdən uzağa göndərmişəm. Çünki zombiləşib və Kremlin təbliğatına inanır. İkinci həyat yoldaşımdan olan oğlum isə İtaliya klublarında baxışdadır”.

Salenko Rusiyanın Ukraynaya hücumunu dayandırmasını istəyir:

“Qərb mətbuatına müsahibələrimdə deyirəm ki, öz ictimaiyyətinizə və hakimiyyətinizə təzyiq göstərin. Sanksiya öz yerində, amma Ukraynaya güclü silahlanma lazımdır”.

Oleq Salenko DÇ-1994-də 5 qol vuraraq, “qızıl buts”a sahib olub. O, 1992-ci ildə Ukrayna millisində 1, 1993-94-cü illərdə Rusiya yığmasında isə 8 oyun keçirib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button