FİDE qran-prisi: “Şah” Kaymerlə qarşılaşacaq
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı şahmatçı 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə qarşılaşacaq.
Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
FİDE qran-prisinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Bizi Facebook-da izləyin