ÇL: Həftənin futbolçusu adına namizədlər bilindi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, ən yaxşı adına Portuqaliya “Benfika”sından Darvin Nunyes, İspaniya “Vilyarreal”ının qapıçısı Geronimo Ruli, “Atletiko” (Madrid) komandasından Koke və İngiltərənin “Çelsi” klubundan Kristian Pulişiç namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin