AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AÇ-2020-nin və AÇ-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi
- Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması
- AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin