“Mahir Emrelinin oyunu “Dinamo”ya tələb olunandan aşağıdır”
Xorvatiyanın “Jutarnji List” nəşri “Dinamo”nun (Zaqreb) cari mövsümdəki çıxışı barədə yazı hazırlayıb.
Komanda.az xəbər verir ki, yazıda “Dinamo”nun problemlərinə toxunulub və qeyd edilib ki, baş məşqçi Jelko Kopiç bu məsələləri tezliklə həll etməlidir:
“Əks halda, mövsümün sonunda çempionluq çətin olacaq”.
Yazıda “Dinamo”nun azərbaycanlı yeni transferi Mahir Emrelinin oyununa da toxunulub:
“Qışda lazımi hazırlıq keçmədiyindən, ona komandaya uyğunlaşmaq üçün əlbəttə ki, müəyyən vaxt lazımdır. Mahir 2-3 oyun meydanda olub və sonadək oynamayıb. Amma bugünədək göstərdiyi oyun “Dinamo”ya tələb olunandan aşağıdır. Biz onun “Sibenik”ə qarşı oyunda yalnız bir neçə hərəkətini görmüşük. O, gücünü və sürətini göstərib. Görünür, Emreli hələ bütün xətlər boyu komanda üzvləri ilə anlaşa və Kopiçin tələblərini tam yerinə yetirə bilmir”.
“Dinamo” 26 oyundan sonra 54 xalla Xorvatiya çempionatında liderlik edir. Komandanın ən yaxın izləyicisi “Osiyek”in də 54 xalı var. Zaqreblilərin ehtiyatda 1 oyunu da var.
Bizi Facebook-da izləyin