Mahir Emreli “Hayduk”a qarşı oynayacaq?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, “Dinamo” “Hayduk”un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

“Dinamo”nun baş məşqçisi Jelko Kopiçin bu görüşdə millimizin üzvünə şans verəcəyi gözlənilir.

Mahir  Emreli 26-cı turda – “Sibenik”lə görüşdə (3:0) Xorvatiya çempionatında debüt etmişdi.

“Dinamo” 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, “Hayduk” isə 48 xalla 4-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button