Tosunun “işgəncə”si bitir

İngiltərənin Premyer Liqa təmsilçisi “Everton” turkiyəli hücumçu Cenk Tosunla yollarını ayıracaq.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayında aldığı zədəni sağaldan Tosun “Everton”da çox da şans qazanmır.

Son həftələrdə ehtiyat oyunçular skamyasında belə, yer tapa bilməyən türkiyəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Onun “Everton”dan ayrılacağı gözlənilir.

2018-ci ildə “Beşiktaş”dan 22,5 milyon avroya “Everton”a keçən Cenk Tosun, Premyer Liqa klubunda gözləniləni vermir.

Türkiyəli hücumçu bu mövsüm “Everton”da çıxdığı oyunlarda nə qol vura, nə də məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button