“Sabah”ın ukraynalı legioneri 22 oyun sonra sevindi
Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Keşlə” ilə qarşılaşıb.
“ASK Arena”da keçirilən və “Sabah”ın minimal hesablı qələbəsi ilə yekunlaşan matç bu komandanın müdafiəçisi Zurab Oçiqava üçün əlamətdar olub.
Qarşılaşmanın 89-cu dəqiqəsində komandasına qələbə qazandıran qola imza atan ukraynalı futbolçu, həm də Premyer Liqada qol hesabını açıb. 26 yaşlı müdafiəçi buna 22-ci oyununda nail olub.
Zurab 2021-ci ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin