“Napoli” doğma meydanda uduzdu
İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib. Günün ilk oyununda “Milan” səfərdə “Parma” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.
Lider “Yuventus” bu turda “Fiorentina”nı qəbul edib. Turin təmsilçisi bu görüşdə əzmkar qələbə qazanmaqla ardıcıl 8-ci, bütövlükdə isə 35-ci çempionluğunu təmin edib.
33-cü turun mərkəzi görüşündə “İnter” “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə heç-heçə qeydə alınıb.
Son oyun günündə isə ikinci pillədə qərarlaşmış “Napoli” doğma meydanda “Atalanta” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda hesabı açan tərəf olsa da, sonradan iki qol buraxıb və məğlubiyyətlə üzləşib.
İtaliya A Seriyası, 33-cü tur
20 aprel
Parma – Milan 1:1
Qol: B.Alveş, 87 – Kastilyexo, 69.
Bolonya – Sampdoriya 3:0
Qol: Tonelli, 54-öz qapısına. Pulqar, 69. Orsolini, 83.
Cenoa – Torino 0:1
Qol: Ansaldi, 58.
Kalyari – Frozinone 1:0
Qol: J.Pedro, 27-pen.
Latsio – Kyevo 1:2
Qol: Kaysedo, 67 – Viqnato, 49. Hetemay, 51.
Udineze – Sassuolo 1:1
Qol: Lirola, 80-öz qapısına – Sensi, 31.
Empoli – SPAL 2:4
Qol: Kaputo, 22. Traore, 47 – Petanya, 38-pen; 61. Flokkari, 44. Antenuççi, 88.
Yuventus – Fiorentina 2:1
Qol: A.Sandro, 37. Petsella, 53-öz qapısına – Milenkoviç, 6.
İnter – Roma 1:1
Qol: Perişiç, 61 – El Şaaravi, 14.
22 aprel
Napoli – Atalanta 1:2
Qol: Mertens, 28 – Sapata, 69. Paşaliç, 80.
Bombardir: Kşiştof Pyontek (Milan), Fabio Kvalyarella (Sampdoriya) – 22 qol.
Bizi Facebook-da izləyin