“Real”ın hücumçusuna Almaniyadan “elçi”
“Real”ın hücumçusu Luka Yoviç karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Yoviç “Borussiya”ya (Dortmund) keçə bilər.
“Borussiya” 24 yaşlı serb futbolçunu adı Avropanın bir neçə klubu ilə yanaşı hallanan Erlinq Halandın mümkün əvəzləyicisi kimi görür.
Yoviç “Real”da 2019-cu ildən forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin