Halandı istəyən 5 “nəhəng”

“Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haland Avropanın beş nəhəng klubundan təklif alıb.

Komanda.az “Cadena SER”ə istinadən xəbər verir ki, 21 yaşlı norveçli hücumçu ilə Fransanın PSJ, İspaniyanın “Real” və “Barselona”, İngiltərənin “Mançester Siti”, Almaniyanın “Bavariya” klubu yaxından maraqlanır.

Haland bu həftə sonu meneceri Mino Rayola ilə gələcəyini müzakirə edəcək. Məhz bundan sonra onun gələcəyi ilə bağlı qərar verəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button