“Mançester Yunayted”in psixoloji problemi

İngiltərə Premyer Liqasında işləri yolunda getməyən “Mançester Yunayted”də futbolçulara psixoloji dəstək artırılıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əksər oyunlarda hesabı açmasına rəğmən, üstünlüyünü qoruya bilməyən “qırmızı şeytanlar”ın baş məşqçisi Ralf Ranqnik çıxış yolunu futbolçulara psixoloji dəstəyin artırılmasında görüb. O, buna görə də, komandanın futbolçularının klubun psixoloqu Saşa Lenslə xüsusi çalışmaları haqda qərar verib.

Ranqnik “Mançester Yunayted”in “sükanı arxasına” keçdikdən sonra komandası 11 dəfə hesabı açsa da, bu oyunlardan sadəcə beşində qələbə qazana bilib.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button