4-cü yer Ranqniki xoşbəxt edəcək
“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik mövsümü 4-cü yerdə bitirmənin onları xoşbəxt edəcəyini söyləyib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ranqnik açıqlamasında bunları deyib:
“Mançester Yunayted” son 10 ildə çempion olmayıbsa, bunun üçün ciddi səbəblərin olması lazımdır. Premyer Liqanı 4-cü yerdə bitirsək, klubdakı hər kəs və mən xoşbəxt olacağıq”.
Almaniyalı çalışdırıcı “Mançester Yunayted”lə çıxdığı 11 oyunda 6 qələbə, 3 bərabərlik və 2 məğlubiyyət yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin