Afrikanın ən güclüsü Seneqal yığması oldu
Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Kamerunda təşkil olunan qitə birinciliyinin finalında Seneqal və Misir yığmaları üz-üzə gəlib.
Matçın əsas vaxtında hesab açılmayıb. Halbuki, Seneqal yığması matçın əvvəlindəcə hesabı açmaq üçün çox yaxşı şans əldə edib. Lakin Misir yığmasının qapısına təyin olunmuş penaltini Sadio Mane 7-ci dəqiqədə boşa verib. Onun zərbəsini rəqib qolkiper dəf edib. Əsas vaxt qolsuz bitdiyindən qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyası təşkil olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Bu turnirdə ən çox çempion olmuş komanda isə Misir yığmasıdır – 7 dəfə.
Afrika Millətlər Kubokunun bürünc medalları turnirə ev sahibliyi edən Kamerun yığmasına qismət olub. Bu komanda ötən gün Burkina Faso ilə oyunda möhtəşəm əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 3:3, penaltilər 5:3.
Afrika Millətlər Kuboku, final
6 fevral
Seneqal – Misir 0:0 (penaltilər 4:2)
Bizi Facebook-da izləyin