“Borussiya” Halanda yeni müqavilə təklif edəcək

Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Erlinq Halanda yeni müqavilə təklif edəcək.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi norveçli hücumçunu klubda saxlamaq üçün ona illik 16 milyon avro qazanacağı yeni müqavilə təklif etməyə hazırlaşır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Halandın hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Sözləşmədəki maddəyə görə, Haland 2022-ci ilin yayında 75 milyon avroya sərbəst qala bilər.

21 yaşlı futbolçunun adı İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real”, “Barselona”, Fransanın PSJ klubu ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button