Halanda fevrala qədər vaxt verildi
Almaniyanın “Borussiya” (Dortmund) klubu komandanın hücumçusu Erlinq Halanddan gələcəyiylə bağlı tez bir zamanda qərar verməsini istəyib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi norveçli futbolçuya fevral ayının sonuna qədər qərar verməsini söyləyib. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Halandın adı İspaniyanın “Real” klubu ilə hallanır.
21 yaşlı hücumçu bu mövsüm “Borussiya” ilə 16 oyunda 19 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin