“İnter” İnzaqiyə yeni müqavilə təklif etməyə hazırlaşır

İtaliyanın “İnter” klubu baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “neradzurra”nın rəhbərliyi 48 yaşlı mütəxəssisin işindən razıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Komanda İnzaqinin rəhbərliyi altında uğurlu çıxışını ilin sonuna qədər davam etdirsə, italyan məşqçiyə yeni – müddəti 2025-ci ilə qədər olan müqavilə təklif ediləcək. Yeni sözləşmə ilə İnzaqinin də maaşı artırılacaq.

İnzaqinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

“İnter” A Seriyasında 37 xalla 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button