“Yuventus” bəyanat yaydı

İtaliyanın “Yuventus” klubu prezident Andrea Anyelli, vitse-prezident Pavel Nedved və keçmiş idman direktoru Fabio Paratiçinin istintaqa cəlb olunması ilə bağlı bəyanat yayıb.

Komanda.az xəbər verir ki, Turin klubu sözügedən şəxslərlə bağlı yerli prokurorluğun araşdırmalara başladığını təsdiqləyib.

Bəyanatda bildirilir ki, 2019, 2020 və 2021-ci illər üçün transfer gəlirləri, maliyyə hesabatları, mövcud olmayan əməliyyatlar üzrə mümkün pozuntular araşdırılır.

“Yuventus” rəhbərliyi 50 milyon avro məbləğində “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Maliyyə polisi istintaqa lazım olan sənədləri toplamaq ücün klubun Milandakı və Turindəki ofislərində axtarış aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button