“Neftçi” ilə oyundan öncə sabiq futbolçusundan “Səbail”ə dəstək
Üç mövsüm “Səbail”in şərəfini qoruyan yarımmüdafiəçi Yevgeni Koçuk bu klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, Koçuk sabah baş tutacaq “Neftçi” – “Səbail” oyunu barədə fikirlərini bildirib:
“2018/19-cu illər mövsümü həm mənim, həm də komandam üçün uğurlu il oldu. Komanda çox baxımlı və keyfiyyətli oyun sərgiləyirdi.
“Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var. Əsəs səbəblərdən biri də komanda üçün ən lazımi anda vurulması idi. Nəticədə komanda həmin oyunda qələbə qazandı.
Bilirəm ki, mənim “Səbail”də yaxşı göstəricələrim var. “Səbail” mənim üçün doğma klubdur. Burada keçən vaxtım məndə ancaq müsbət emosiyalar yaradır.
“Səbail”ə sabahkı oyunda uğurlar arzulayır, qələbə qazanmalarını istəyirəm. Həmçinin, onlara Premyer Liqanın bütün oyunlarında uğurlar arzulayıram”.
Yevgeni Koçuk 54 oyunda meydana çıxaraq, “Səbail”də ən çox oyun keçirən 4-cü futbolçudur. O, 7 qol vuraraq 4-cü, 7 məhsuldar ötürmə edərək isə 2-ci yerdə qərarlaşıb.
Bizi Facebook-da izləyin