“Legiya”dan Mahir Emreli üçün dil kursu
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bundan sonra polyak dilini öyrənməyə çalışacaq.
Komanda.az xəbər verir ki, onun formasını geyindiyi “Legiya” klubu bütün legionerləri üçün polyak dili kursu təşkil etməyə qərar verib.
Bununla onlar komandadakı legionerlərin baş məşqçi Marek Qolembevskinin tapşırıqlarını daha yaxşı başa düşməsinə nail olmaq istəyirlər. Bunun üçün maraqlı üsulə əl atan klub rəhbərliyi, əcnəbi oyunçular üçün dil kursları təşkil edib. Bundan sonra legioner futbolçulara klubun tədris mərkəzində 45 dəqiqəlik polyak dili dərsləri keçiləcək. Artıq bunun üçün xüsusi müəllim də işə götürülüb.
Mahir Emreli cari mövsümün əvvəlindən “Legiya”da çıxış edir. O, bir müddət öncə baş məşqçi təyin olunan Qolembevskidən əvvəl bu postda çalışan Çeslav Mixneviçin dönəmində həm ingilis, həm də rus dillərində ünsiyyət qururdu.
Bizi Facebook-da izləyin