“Azərbaycan millisi fiziki cəhətdən üstün olsa da, oyun baxımından biz güclü idik”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts komandasının DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını şərh edib.
Komanda.az xəbər verir ki, o, İrlandiyaya qarşı keçirdikləri matçdan sonra Azərbaycan millisinə Bakıda 3:1 hesabıyla qalib gəldikləri matçı da yada salıb:
“Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük. Azərbaycanla oyundakı qələbə düzgün yolda olduğumuzu göstərdi. Rəqib fiziki cəhətdən üstün idi. Ancaq oyun baxımından biz daha güclüyük. Onların 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir”.
A qrupunda İrlandiya ilə birlikdə 9 xal toplamış Lüksemburq yığması 3-4-cü yerləri bölüşdürüb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu – 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin