UEFA “Qalatasaray”ın şikayətini rədd etdi
UEFA “Qalatasaray”ın Avropa Liqasının 4-cü turunda Moskva “Lokomotiv”i ilə oyununun yenidən keçirilməsinə dair müraciətini rədd edib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Noyabrın 4-də İstanbulda keçirilən görüşün (1:1) baş hakimi Sandro Şerer “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçu meydandan qovulmayıb. Türkiyə klubu da məhz buna görə matçın təkrar keçirilməsini tələb edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin