Azərbaycan – Qətər: hakimlər bilindi

Azərbaycanla Qətər milli komandaları arasında keçiriləcək futbol üzrə yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun Litvadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Donatas Rumşas olacaq. Ona laynsmanlar qismində Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.

Ehtiyat hakim funksiyasını isə azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Noyabrın 14-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər matçı saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button