“O, yırtıcı heyvan kimidir” – “Ayaks”ın futbolçusu

Çempionlar Liqasının 1/4  final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Yuventus”la 1:1 hesablı heç-heçəyə razılaşan “Ayaks”ın müdafiəçisi Matteys de Liqt açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, yaxşı oyun göstərdiklərini deyib:

“Bu gün yaxşı oyun göstərdiyimizi düşünürəm. Matçın əvvəlində bir neçə epizod yaratdıq, amma fasiləyə yaxın qol buraxdıq. Potensialı olan komandayıq və bunu Çempionlar Liqasında göstərməyə çalışırıq. “Yuventus”un öz meydanında daha güclü olduğunu bilirik. Cavab oyunu çox çətin olacaq.

Kriştiano Ronaldo çox səviyyəli futbolçudur. İstedadı ilə yanaşı, hirsi sayəsində də fərq yarada bilir. O, yırtıcı heyvan kimidir. Kiçik bir boşluq tapdı və şansını sınadı. Qol epizodunda inanılmaz sürətli idi. İki futbolçunun arasından qaçıb, qol vurdu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button