“Zirə”də yeni rekordçu

İlkin Muradov “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Komanda.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Sabah”la səfər matçında (3:3) meydana çıxaraq mütləq rekorda imza atıb.

“Bank Respublika Arena”dakı görüş yarımmüdafiəçinin “qartallar”ın heyətində 104-cü matçı olub. O, 103 oyuna çıxan Adil Nağıyevin rekordunu arxada qoyub.

“Sabah”la qarşılaşma İlkin üçün yubileylə də əlamətdar olub. O, bu komandanın heyətində 90-cı çempionat görüşündə iştirak edib. Digər 14 matç Azərbaycan kubokuna təsadüf edib. Muradov vurduğu 4 qolun hamısına çempionatda imza atıb.

Qeyd edək ki, Muradovun debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il aprelin 29-da Premyer Liqanın AZAL-la səfər matçında (3:0) meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button