44 illik rekord təkrarlandı

“Bayern” Bundesliqanın 11-ci turunda “Frayburq”u məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi bu nəticəylə turnirin 44 illik rekordunu təkrarlayıb. Belə ki, “Bayern” 2021-ci ildə artıq çempionatda 100 qol vurub.

Sonuncu dəfə 1977-ci ildə “Köln” komandası çempionat oyunlarında bir təqvim ilində 100 qol vurmağı bacarmışdı.

“Bayern” bu mövsüm Bundesliqada keçirdiyi 11 oyunda 40 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button