
Alvaresin gələcəyi ilə bağlı yeni detallar
“Atletiko”nun hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” hazırda argentinalı forvardın transferi ilə bağlı danışıqları davam etdirmir. “Atletiko”nun futbolçunu 150 milyon avrodan aşağı məbləğə satmaq istəməməsi “kral klubu”nun bu transferdən geri çəkilməsinə səbəb olub. Bununla yanaşı, “Barselona”nın Alvaresə marağı davam edir.
Kataloniya təmsilçisinin 26 yaşlı oyunçu ilə müntəzəm əlaqə saxladığı bildirilir. Ancaq mümkün transferin reallaşıb-reallaşmayacağı “Atletiko”nun qərarından asılıdır.
Alvares 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



