“Şəfa”dan futbolçusu ilə yeni müqavilə

“Şəfa” futbolçusu Nahid Əliyevlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.

Azərbaycanın U-21 millisinin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button