“Atletiko” onu 35 milyon avroya satmağa hazırdır

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot yay transfer dönəmində komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi norveçli forvardı 35 milyon avro qarşılığında buraxmağa hazırdır. Futbolçu ilə uzun müddətdir maraqlanan “Yuventus”a daha bir klub – “Fənərbaxça” da qoşulub.

30 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Transfermarkt” portalı Sörlotun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button