Fransa klubunda erməni baş məşqçi

Erməni çalışdırıcı Mişel Ter-Zakaryan Fransada yeni iş yerinə sahib olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Nant” klubunun baş məşqçisi təyin edilib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında müddəti iki il olan müqavilə imzalanıb. Ter Zakaryan bu vəzifədə bosniyalı mütəxəssis Vahid Haliloviçi əvəzləyib.

“Nant” ötən mövsüm Liqa 1-də 24 xal toplayaraq, turnir cədvəlini sondan ikinci pillədə başa vurub və Liqa 2-yə yuvarlanıb.

63 yaşlı mütəxəssis daha əvvəl də iki dəfə “Nant”a baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button