
37 yaşında karyerasını bitirdi
Caner Erkin gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, türkiyəli müdafiəçi karyerasını başa vurub. Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
Sol cinah müdafiəçisi 37 yaşında peşəkar futbolla vidalaşıb.
Caner Erkin karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva), “Qalatasaray”, “Fənərbaxça”, “İnter”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”, “Eyüpspor” və “Sakaryaspor”un formasını geyinib. O, Türkiyə millisinin heyətində meydana çıxdığı 63 rəsmi matçda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



